Professor Səyyarə İbadullayeva “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib  
24.06.2024 14:34

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilib. 

 

Festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında çap olunmuş dəyərli elmi əsərlərin təqdimatı baş tutub.

 

Tədbirdə fəxri üzv qismində iştirak edən AR ETN Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın müəllifi olduğu “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)” adlı kitabının təqdimatı keçirilib.

 

Bu məlumat Aztibb.az-a Botanika İnstitutundan verilib.

 

Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub: “Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu, yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. Yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar”.

 

Elbrus İsayev diqqətə çatdırıb ki, bu gün işığına toplaşdığımız kitab təqdimatlarının özü də ciddi bir mesajdır.

 

Professor Səyyarə İbadullayeva çıxışında qeyd edib ki, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)” adlı kitabı “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına töhfə olaraq hazırlanıb və əsas məqsəd  “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq, onların istifadə yollarını öyrətməkdir. Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 200-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub. Kitab 2023-cü ildən əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunur.  

 

Sonda müəllif kitabı haqqında səsləndirilən dəyərli fikirlərə görə öz təşəkkürünü bildirib və məzunu olduğu Naxçıvan Dövlət Universitetində təşkil olunan tədbiri qürurverici hadisə kimi qiymətləndirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır