Mingəçevirdə tibbi aksiya: 78 sakin oftalmoloji müayinədən keçib
24.06.2024 11:08
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinika tərəfindən Mingəçevir şəhərində akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiya keçirilib.
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, aksiyanın məqsədi Mingəçəvir şəhərində əhali üçün tibbi xidmət göstərməkdir.
Səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyada 78 sakin oftalmoloji müayinədən keçib.
Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.
Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialın həkimi və işci heyəti Elçin Əsgərov, tibb bacısı Nuranə Məmmədova, qeydiyyatçı Gülşən Hüseynova və menecer Nigar Əliyeva tərəfindən həyata keçirilib.
Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi Elçin Həsənov da iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Nizami Tibb Mərkəzinin həkimləri üçün ACLS təlimi keçirilib
24.10.2026 | 07:24
Bakı Baş Səhiyyə Mərkəzində həkim vakansiyaları elan olunur
21.10.2026 | 10:27
9 saylı “Qocalar evi”nin sakinləri tibbi akiya təşkil edilib
19.10.2026 | 16:00
Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya: 61 nəfər müayinə olunub
19.10.2026 | 15:21
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
18.10.2026 | 16:57
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
Qubadlının Qəzyan kəndində tibbi aksiya: 130-dan çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
16.10.2026 | 16:33
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Şəkidə orta məktəblərdə tibbi aksiya: 679 nəfər müayinə olunub
14.10.2026 | 16:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub
13.10.2026 | 09:56
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

