Dəmir hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı KTM-də həyata qaytarılıb  
24.06.2024 09:46
Dəmir hasarın üstünə çıxarkən yıxılan və hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
 
KTM-dən Aztibb.az-a bildirilib ki, 4 yaşlı uşaq 15.06.2024-cü il tarixində qarının qapalı travması, qarın boşluğu orqanlarının travması, acı bağırsağın cırılması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəstə təcili əməliyyata alınıb.
 
Mərkəzin uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib.
 
Əməliyyatdan sonra vəziyyəti stabil olan xəstənin həkim nəzarətində stasionar müalicələri davam etdirilib. Səhhətində müsbət dinamika müşahidə edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır