ATU TCK-da invaziv kardioloqların aylıq Bakı toplantısı keçirilib
23.06.2024 18:30

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında invaziv kardioloqların aylıq Bakı toplantısı keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, "STEMİ zamanı perkutan koronar müdaxilə” mövzusunda keçirilən tədbirdə Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupu üzvləri iştirak ediblər.

 

Ege Hospitalın kardiologiya şöbəsinin müdiri t.ü.f.d. Ülvi Mirzoyev açılış nitqi ilə çıxış edərək ənənəvi aylıq toplantının proqramını açıqlayıb. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, dosent Qalib İmanov, DTX Hospitalın invaziv kardioloqu Sərdar Abdullai və MediStyle Hospitalın həkim kardioloqu Gülanə Ağayevanın moderatorluğu il keçən tədbirdə ST-yüksəlməli miokard infarktının idarə edilməsi, bu zaman yaranan problemlərə müxtəlif metodlarla müdaxilə yollarından bəhs edilib.

 

Tədris Cərrahiyyə Klinikasının kardioloqu Aqil Allahverdiyev “ST-yüksəlməli miokard infarktının idarə edilməsi üçün 2023 ESC Rəhbər Tövsiyələri”, Bakı Sağlamlıq Mərkəzinin kardioloqu Röyal Hacıməmmədov “Kəskin RCA lezyonuna primer perkutan müdaxilə”, Mediland Hospitalın ivaziv kardioloqu Vüqar Zamanov “Cx və high-OM osteal lezyonlarını əhatə edən, kompleks və kəskin total tıxalı osteal LA lezyonuna primer perkutan müdaxilə” mövzusunda klinik hal təqdimatları ilə çıxış ediblər.

 

Toplantıda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının, Bakı Sağlamlıq Mərkəzinin, Mediland Hospitalın həkim-mütəxəssisləri iştirak ediblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır