ATU-da "Süd vəzi xəstəliklərində şüa-diaqnostika” mövzusunda konfrans keçirilib
23.06.2024 14:55

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Süd vəzi xəstəliklərində şüa-diaqnostika” mövzusunda konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təşəbbüsü, Uptodate in Medicine təşkilatının texniki dəstəyi ilə baş tutan tədbirdə tanınmış onkoloqlar, tibb mütəxəssislərinin mövzu ilə bağlı müxtəlif aspektləri əhatə edən məruzələr səsləndirilib, müzakirələr açılıb.

ATU-nun Onkoloji Klinikasının baş həkimi, Onkologiya kafedrasının dosenti, Nigar Mehdiyeva açılış nitqi ilə çıxış edərək assosiasiyanın fəaliyyəti və əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verib. Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının beynəlxalq əlaqələrini genişləndirdiyini, artıq təşkilatın Türkiyədə, Çində beynəlxalq şəbəkələrə üzv qəbul edildiyini bildirib. N.Mehdiyeva konfrans mövzusunun çox aktual məsələlərə aid olduğunu və iştirakçılar üçün faydalı olacağından əminliyini qeyd edib. Həmçinin, ölkələr arasında əməkdaşlığı gücləndirmək, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu bildirib.

ATU-nun Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası tərəfindən həyata keçirilən önəmli layihələr və gələcək planları haqqında məlumat verib.


Daha sonra konfrans işinə başlayıb. Milli Onkologiya Mərkəzinin onkoloqu Aysel Gəncəliyeva radioloqların süd vəzi xəstəliklərinin profilaktika, diaqnostika, müalicə və müşahidəsi dövründə multidissiplinar komandanın digər üzvlərindən gözləntilər barəsində danışıb. J.W.Goethe Frankfurt Universitet Klinikası Ginekologiya və ginekoloji Onkologiya şöbəsinin onkoloqu Xəyal Qasımlı süd vəzi xəstəliklərinin şüa-diaqnostikasında Almaniya təcrübəsini bölüşüb. Milli Onkologiya Mərkəzinin radioloqu, tibb üzrə fəlsəfə doktoru Anar Kazımov, ATU-nun şüa diaqnostikası və radiologiya kafedrasının assistenti Günel Əliyeva və digərləri süd vəzi xərçənginin müalicəsində erkən diaqnostikanın əhəmiyyəti, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınmasında müasir yanaşmalardan bəhs edən fikirləri səsləndiriblər.


Konfransın sual-cavab sessiyasında iştirakçılar məruzələrdə səslənən elmi fikirlər, süd vəzi xəstəliklərinin müalicəsində tətbiq edilən yeni üslublar haqqında fikir mübadiləsi aparıblar. Çıxışlar zamanı süd vəzi xəstəliklərin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığı bildirilib, onkoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır