Ali Attestasiya Komissiyasının sədri ATU-nun rektoru ilə görüşüb
22.06.2024 14:07

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, qonağı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qəbul edib.

 

Görüşdə ATU-nun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru müdafiələri üçün təşkil edilmiş Dissertasiya şuralarının sədrləri, müavinləri, elmi katiblər, eləcə də Dissertasiya Şurasının nəzdində müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən elmi seminarların rəhbərləri, Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının üzvləri iştirak ediblər.

 

Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə Ali Attestasiya Komissiyasının Əsasnaməsində edilmiş dəyişikliklər, mövcud problemlər və onların həlli yolları, o cümlədən Dissertasiya şuralarının, müdafiələrin təşkili, keyfiyyətin daha da artırılması, təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. ATU-nun professorlarından Vaqif Şadlinski, Nazim Pənahov, Rəna Əliyeva, Lalə Allahverdiyeva, İbrahim İsayev və başqaları Ali Attestasiya Komissiyasının sədrinə aktual məsələlərlə bağlı suallar ünvanlayıb, professor F.Mustafayev isə onları cavablandırıb. 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır