Qızı atasına qaraciyərini verdi - Mərkəzi Klinikada uğurlu əməliyyat
22.06.2024 11:14

Uzun müddət idi ki, sirroz xəstəliyindən əziyyət çəkən xəstə qızının bağışladığı qaraciyər ilə sağlam həyata bağlandı.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.

 

Məlumatda bildirilir: "Sirrozun yaratdığı problemlər həyati təhlükə yaradınca qaraciyər köçürülməsi qaçınılmaz oldu. Qaraciyər nəqli məsələsi gündəm olduğunda bütün övladları könüllü donor olmaq istədi, amma yalnız bir qızının qaraciyəri donor olmaq üçün uyğun oldu.

 

Əməliyyatdan 14 gün əvvəl xəstədə həyati təhlükə törədən ağırlaşmalar (hepatik ensefalopatiya evre 3, qida borusu qanaxması) yarandığı üçün təcili olaraq yaxınları tərəfindən Mərkəzi Klinika Gəncə Xəstəxanasının Reanimasiya şöbəsinə köçürüldü. Dr. Səbinə Qasımova və komandası tərəfindən xəstə stabilləşdirildikdən sonra Mərkəzi Klinikanın reanimasiya bölümünə köçürüldü. Vüqar Abdulkərimov və komandası tərəfindən xəstə əməliyyat oluna biləcək vəziyyətə gətirildikdən sonra həyati risklə əməliyyata alınaraq qızından qaraciyər köçürüldü.

 

Bu gün əməliyyatdan 12 gün keçir. Donor əməliyyatdan 5 gün sonra evə göndərildi, xəstəni də evə göndərməyi planlaşdırırıq".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır