10-cu "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nun açılışı olub  
21.06.2024 11:40
Ölkəmizdə sayca 10-cu "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nun açılış mərasimi və ilk günə aid panel müzakirələr baş tutub.
 
Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova iştirak edib.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan-böyüyə qədər hər kəsin əhatəli olduğunu və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququnun əldə edildiyini bildirib.
 
Forum çərçivəsində "İqlim dəyişikliyinin sığorta sektoruna təsiri" və "Bankasurance" mövzuları üzrə yerli və xarici peşəkar spikerlərin iştirakı ilə panellər üzrə müzakirələr baş tutub.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır