Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın növbəti iclası keçirilib
20.06.2024 16:06

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın növbəti iclası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Direktoru İntiqam İbrahimov açaraq Tibbi Şuranın gündəliyinə daxil edilmiş mövzular ətrafında danışıb.

 

Şurada Ağdaş rayonunda Vərəm xəstəliyinə qarşı aparılan profilaktik mübarizə tədbirlərinin vəziyyəti, Ağdaş rayonunda malyariyaya qarşı epidemioloji nəzarət, endokrinoloji xəstələrə göstərilən tibbi xidmətin vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri, reyestrin ekspertiza nəticələri üzrə ödənişdən imtina edilən tibbi xidmətlərin təhlili, Milli peyvənd təqviminə uyğun Peyvənd işinin təkmilləşdirilmasi, yerlərdə hamilə və zahı patronajı işinin təkmilləşdirilməsi, xəstələrə planlı şəkildə köçürülən qan və qanəvəzedici komponentlərin Ağdaş Rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində icra olunması kimi məsələlər müzakirə olunub.

 

Sonda İntiqam İbrahimov Şuraya yekun vuraraq, qarşıda duran məsələlərdən danışıb və struktur bölmələrə öz tapşırıqlarını verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır