"Həkimlərimizi tanıyaq!" rubrikası: Yüksəkixtisaslı hematoloq Gülnar Xəlilova
20.06.2024 10:00

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin rəisi, yüksəkixtisaslı hematoloq Gülnar Xəlilovanı təqdim edirik.

 

Bu gün tibbdə və texnologiyalarda olan bütün inkişafa baxmayaraq, qan və qan komponentlərini tam əvəz edə biləcək bir müalicə vasitəsi yoxdur. Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin məqsədi Hospitalda müalicə alan xəstələri yüksək standartlara uyğun, tam təhlükəsiz şəkildə qan və onun komponetləri ilə təmin etməkdir.

 

Qan Bankı şöbəsinin rəisi Gülnar Xəlilova donorlardan qanın alınması, eritrosit kütləsi, təzə dondurulmuş plazma, kriopresipitat, trombosit kütləsi kimi komponentlərə ayrılması və sonrakı istifadə üçün ehtiyatda saxlanılması prosesini təşkil edir.

 

Gülnar Xəlilova 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Pediatariya fakültəsini bitirib, 2009-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında internatura keçib. 2010-cu ildə Türkiyə Cümhuriyyətinin Fırat Universitetində Uşaq xəstəlikləri kafedrasında pediatriya ixtisası üzrə üzrə yüksək ixtisas təhsili alıb. 

 

O, 2018-2019-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hematologiya ixtisası üzrə ixtisaartırma kursunu keçib. 2012-2020-ci illərdə Azərbaycanda fəaliyyət göstərən dövlət tibb müəssisəsində Qan Bankı şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından etibarən Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

 

Daim öz bilik və bacarıqlarını inkişaf etdirən və iş fəaliyyətində hematologiya sahəsinin yeniliklərini tətbiq edən Gülnar Xəlilova Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında iştirak edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır