Qazax Rayon Mərkəzi Xəstəxanasının təcrübəli uroloqu - Əşrəf Novruzov
19.06.2024 17:54

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Qazax Rayon Mərkəzi Xəstəxanasının uroloqu Novruzov Əşrəf Murad oğlu haqqında məlumatları təqdim edirik.

 

O, 1957-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə-profilaktika ixtisası üzrə təhsil alıb. 1980-ci ildə internatura keçib.

 

Əşrəf Novruzov 1982-1986-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışıb. 1987-1990-cı illərdə Qazax rayonu Qıraq Kəsəmən kənd həkim məntəqəsinin müdiri olub. 1992-2019-cu illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq vəzifəsində işləyib. 2019-cu ildən Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq kimi fəaliyyət göstərir.

 

Həkim bu illər ərzində müxtəlif şəhərlərdə (Kiyev, Xarkov, Sankt-Peterburq, Moskva şəhərləri və Türkiyə Cümhuriyyətində) təkmilləşdirmə kurslarında olub.

 

O, 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır