Hande Harmancı "Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxış edib
19.06.2024 08:41

İqlim dəyişikliyinin təsirlərinə dayanıqlı səhiyyə işçi qüvvəsindən danışarkən, biz tez-tez onların klinik bacarıqları haqqında düşünürük. Lakin biz ictimai səhiyyə bacarıqları, o cümlədən ilkin səhiyyə işçilərinin ictimai səhiyyə funksiyalarının gücləndirilməsinə də xüsusi diqqət yetirməliyik.

 

Aztibb.az xəbər verir ki, bu sözləri ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmanci Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində bildirib.

 

“İqlim dəyişikliklərinə hazır səhiyyə işçi qüvvəsinin yaradılmasına yeni yanaşmalar" panelində çıxış edən Harmancı bu sahədəki fəaliyyətin ilk addımı kimi səhiyyə işçi qüvvəsini iqlim dəyişikliyinin real olduğuna, sağlamlığımıza təsir etdiyinə və kollektiv fəaliyyətlə bunu düzəldə biləcəyimizə inandırmağın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, hər il COP-dan əvvəl beynəlxalq iqlim və səhiyyə ictimaiyyəti koalisiyası tərəfindən keçirilən sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün maraqlı tərəfləri bir araya toplamaq, eləcə də “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanlarını müəyyən etməkdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır