Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Azərbaycan İstiqlal muzeyini ziyarət edib
16.06.2024 09:44

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dos.İsmayıl Əfəndiyev başda olmaqla, Mərkəzi Gömrük Hospitalının əməkdaşları Milli Qurtuluş Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər.

 

Bu xəbər Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

 

Muzeyin bələdçisi nümayəndə heyətinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə onun yenidən respublikamızın rəhbərliyinə qayıdışı ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, məhz Heydər Əliyevin qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etmiş, dövlətimizi uzunmüddətli inkişaf yoluna çıxarmışdır. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi düşüb.

 

Muzeyin zallarında Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə aid – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, Azərbaycanın ən yeni tarixinə həsr olunmuş heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar və başqa eksponatlar nümayiş etdirilir.

 

Qeyd edək ki, Azərbaycanın ilk dövlət muzeyi məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin birinci ildönümü münasibətilə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırmışdı. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır