ATU-nun rektoru imtahan prosesini izləyib  
15.06.2024 10:08

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanların (OSKİ) gedişini izləyib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, rektor ilk olaraq Stomatoloji Klinikada imtahan prosesi ilə tanış olub, tələbələrlə fikir mübadiləsi aparıb.

 

Daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzini ziyarət edən professor Gəray Gəraybəyli mərkəzdə müəyyən fənlər üzrə tədrisə cəlb olunmuşAzərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb və onlarla söhbət edib.

 

Klinik bacarıq imtahanlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan rektor, Azərbaycanda tibb təhsilində bu sınaq üsulunun ilk dəfə ATU-da tətbiq olunduğunu xatırladıb. Bildirib ki, tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçid alırlar. 

 

OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur və dünyanın əksər ölkələrinin tibb ixtisaslı, eləcə də digər ali məktəblərində tətbiq olunur. Universitetin müəllim və tələbələri də hər il təkmilləşən bu imtahan növünü dəstəkləyirlər. 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?