İSİM-in nümayəndəsi Stokholm şəhərində keçirilən toplantıda iştirak edib
15.06.2024 10:51

İsveçin Stokholm şəhərində Avropa Qonşuluq Siyasəti tərəfdaşlığı çərçivəsində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) milli müxbirləri və MediPIET koordinatorlarının illik toplantısı keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) xəbər verilib.

 

Görüş çərçivəsində 2023-cü ildə Avropa İttifaqının (Aİ) Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü çərçivəsində regional əməkdaşlığın nəticələrinin hesabatı dinlənilib, təqdimatlar olunub. Həmçinin 2024-cü il və daha sonrakı illərdə fəaliyyət perspektivlərinin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb, o cümlədən nəticə və əldə edilən məlumatlar təhlil edilib.

 

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova toplantıda iştirak edib.


İştirakçılar müzakirələr və qrup işlərinə qoşularaq, təmsil etdikləri ölkədə mövcud sağlamlıq təhlükəsizliyi ilə bağlı problemləri müəyyən edərək və ECDC və (Aİ) Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsünün bu təhlükələri azaltmağa kömək edə biləcəyi təklifləri irəli sürüblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib