“Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər təşkil olunub
14.06.2024 12:26

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və TƏBİB-in dəstəyi ilə Bərdə, Füzuli, Tərtər, Ağcabədi, Tovuz və Zaqatala qadın resurs mərkəzlərində “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər keçirilib.

 

Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, təlimlər “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.10-cu bəndinin icrası istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə keçirilib.

 

Təlimlərdə TƏBİB-in həkim-eksperti Leyla Məmmədova iştirak edib.

 

Layihə çərçivəsində həkim-mütəxəssislər tərəfindən 560-dan çox xanım iştirakçılara reproduktiv sağlamlığın qorunması, erkən nikah, eləcə də qohumlar arasında nikahın fəsadları barədə məlumatlar verilib, qızların təhsildən yayınması hallarının qarşısının alınması ilə bağlı müzakirələr edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər