Salyanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
16.06.2024 09:11

Salyan Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Salyan RMX-dan bildirilib.

 

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı və Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, tibb kollektivi iştirak ediblər.

 

İcra başçısı Sevindik Hətəmov çıxışında tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, bu gün dövlətin tibb sahəsinə göstərdiyi diqqət sayəsində Azərbaycan səhiyyəsində uğurlu islahatlardan, yeni texnologiyaların tətbiqindən, innovativ yeniliklərdən söz açıb.

 

Qeyd olunub ki, bu gün bölgələrimizdə belə insanlar müasir tıbbi xidmətlərdən məmnunluqla yararlanırlar.

 

Tibb müəssisəsinin baş həkimi Yeganə Əliyeva bildirib ki, 21 ildir ki, iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Y.Əliyeva tibb işçilərini təbrik edib, fəaliyyətlərində uğur arzulayıb.

 

Tədbirdə bir qrup səhiyyə işçisinə Fəxri Fərman və hədiyyələr, eləcə də YAP sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır