Qaraciyər xəstəliklərinin aşkar olunmasında biokimyəvi analizlərin rolu böyükdür
13.06.2024 12:33
ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Mərkəzi laboratoriyası ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
 
Aztibb.az-a ATU-dan verilən xəbərə görə, seminarda laboratoriyanın II kurs həkim-rezidenti Samirə Abbaszadə “Qaraciyərin biokimyası. ALT, AST, ALP, GGT” mövzusunda təqdimatla çıxış edib.
 
Məruzəçi laboratoriyada işlənilən qaraciyərin biokimyəvi analizlərinin vacib və həyati önəm daşıyan analizlərdən olduğunu söyləyib. Bildirib ki, qaraciyərin vəziyyətini və öz funksiyalarını necə yerinə yetirdiyini təyin etmək üçün bir çox göstəricilər yoxlanılır. Bunlardan ən çox önəm daşıyanı qaraciyərin biokimyəvi göstəriciləridir.
 
Onun sözlərinə görə, qaraciyərin funksional testlərinin aparılmasının məqsədi qaraciyər xəstəliklərinin aşkar olunması, differensial diaqnoz, xəstəliklərin təsnifatı və müalicəyə reaksiyanın təqibidir. Analizlərin nəticəsinin düzgün olması üçün xəstəyə əvvəlcədən qida, alkoqol, dərman qəbulu, siqaret istifadəsi haqqında məlumat verilməlidir. Çünki bütün bunlarla analiz üçün nümunə götürülməsi arasındakı müddətin biokimyəvi analizlərə təsiri böyükdür.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır