Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova - "Həkimlərimizi tanıyaq!” rubrikası
18.06.2024 09:54
"Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə uzun illər ginekologiya sahəsində çalışan qayğıkeş, yüksəkixtisaslı peşəkar həkim, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirovanı təqdim edirik.
O, 1999-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçib. 2001-2008-ci illərdə müxtəlif özəl tibb mərkəzlərində mama-ginekoloq kimi çalışıb.
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Mehriban Əmirova 2008-2011-ci illərdə Sankt-Peterburq Diplomdansonra Təhsil Tibb Akademiyasında mama-ginekologiya ixtisası üzrə aspiranturada təhsilini davam etdirib və həmin universitetin klinikalarında həkim kimi çalışıb. 2012-ci ildə dissertasiya işini mudafiə edərək tibb elmləri namizədi adına layiq gorülüb.
Mehriban Əmirova uzun illər ginekologiya sahəsində çalışan və daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən təcrübəli həkimdir. Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə və ixtisasartırma kurslarında davamlı olaraq iştirak edir. Belə ki, o, 2009-2012 illərdə Rusiyanın Sankt-Peterburq şəhərində uşaqlıq boynunun patologiyası və kolposkopiya, histeroskopiya, endovideocərrahiyyə, mamalıq və ginekologiyada ultrasəs diaqnostikası, sonsuzluq və endokrin ginekologiya ixtisasartırma kursları keçib. Dr. Mehriban Əmirova 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq işləyir.
O, Mərkəzi Gömrük Hospitalında hamiləliyin təqibi, normal fizioloji və cərrahi doğuşlar; sonsuzluğun diaqnostikası və müalicəsi; uşaqlıq yolunun və uşaqlıq boynunun patologiyasının diaqnostikası və müalicəsi (kolposkopiya, biopsiya krioterapiya, lazerterapiya və s.); konservativ və cərrahi ginekologiya; estetik, kosmetik və lazer ginekologiyada (labioplastika, vaginoplastika, xudoplastika, PRP, biorevitalizasiya, mezoterapiya və s.) istifadə olunan müasir texnologiyalardan istidadə edərək qadının həyat keyfiyyətini yaxşilaşdıran müvafiq prosedurları həyata keçirir. Mehriban həkim, həmçinin, Biolitec Leonardo Dual 45W Lazer texnologiyası ilə genital kondilomaların və uşaqlıq boynu eroziyasının vaporizasiyası, uşaqlıq boynunun konizasiyası, inkontinans (stress sidik qaçirma), lixen sklerozun, və vaginal atrofiyanın müalicəsi, lazer labioplastikası, polip və miom rezeksiyası və s icra edir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

