ATU-da "Biznes kanvasının modelində müştəri kəşfi” adlı mühazirə oxunub  
12.06.2024 12:02

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Departamentinin Startap və konfrans şöbəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə universitetdə növbəti seminar baş tutub.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, Terapevtik stomatologiya kafedrasının dosenti Esmira Abbasova çıxış edərək vurğulayıb ki, bu cür seminarların təşkilində əsas məqsəd bu sahəyə marağı olan, bu istiqamətdə yeniliklər etmək istəyən tələbələrin təkmilləşdirilməsidir.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti Sənayenin təşkili və idarə olunması kafedrasının müəllimi, TEC sədri Günel İmamquliyeva tərəfindən təqdim olunan “Biznes kanvasının modelində müştəri kəşfi” adlı mühazirə iştirakçılar tərəfindən maraqla dinlənilib.

 

Təlimin sədr müavini, ATU-nun Elmi departamentinin Startap və Konfrans söbəsinin koordinatoru, Terapevtik stomatologiya kafedrasının dos. Ayət Cəfərova, şöbənin fəaliyyəti və keçirilən təlimlərin əhəmiyyətindən danışıb. O, keçirilən təlim mövzularının istiqamətində tədris olunan bilik və bacarıqların karyeranın inkişafındakı rolunu açıqlayıb.

 

Qeyd edək ki, mühazirə ATU-nun əməkdaşları və Stomatologiya fakültəsinin tələbələri üçün təşkil olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır