Tibb Universitetində təhsil alan türkman tələbələr Multikulturalizm Mərkəzində olublar  
13.06.2024 09:38

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan İraqdan olan türkman tələbələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tələbələrə Azərbaycandakı multikultural və tolerant mühit haqda ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir.

 

İcraçı direktor Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb.

 

ATU-nun Əcnəbi vətəndaşlarla iş üzrə dekanı Natiq Bayramov görüşdə ATU-nun əcnəbi tələbələrinin sayına görə ölkəmizin ali məktəbləri arasında lider mövqedə olduğunu bildirib. Universitetdə dünyanın 50-dən artıq ölkəsinin vətəndaşları təhsil alır, həkimlik peşəsinin sirlərinə yiyələndiyini qeyd edib. ATU-da xarici tələbələrin qəbulu, onların təhsili üçün yaradılan şərait, universitetin beynəlxalq nüfuzunun daha da artırılması üçün görülən işlər və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

 

Tələbələr Mərkəz ilə tanış olublar. Onları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır