Naxçıvanda 11-ci sinif buraxılış məzunları üçün qəbul imtahanı öncəsi stresslə mübarizə üsullarına dair tədbir təşkil olunub
12.06.2024 09:51

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Səhiyyə Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 11-ci sinif buraxılış məzunları üçün qəbul imtahanı öncəsi stress və bununla mübarizə üsulları haqqında Naxçıvan Mərkəzi Xəstəxanasında tədbir təşkil olunub.

 

Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Naxçıvan MR Psixi Xəstəliklər dispanserinin baş həkimi Rəşadət Nabatov muxtar respublikada ilk dəfə olaraq təşkil olunan bu tədbirin önəmindən bəhs edib, növbəti mərhələlərdə də bu tip dəstəklərin Səhiyyə Nazirliyi tərəfindən davam etdiriləcəyini vurğulayıb.

 

Daha sonra dispanserin uşaq və yeniyetmə üzrə həkim-psixiatrı Gülay Səfərli və həkim-psixiatr Xəyalə Elxan qızı "İmtahan stressi" mövzusunda təlimlər keçərək iştirak edən şagirdlərlə söhbətlər aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır