Sumqayıtda konfrans: “Uşaq və qadın sağlamlığına multidissiplinar yanaşma”
12.06.2024 09:08

Sumqayıtda “Uşaq və qadın sağlamlığına multidissiplinar yanaşma” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Sumqayıt Tibb Mərkəzindən (STM) Aztibb.az-a bildirilib ki, Rusiyadan dəvət olunmuş həkimlərin iştirak etdiyi tədbirdə öncə Azərbaycanın və Rusiyanın Dövlət Himnləri səsləndirilib.

 

TƏBİB-in təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən STM-in direktoru Elnur Azadxanov gələn qonaqları salamlayıb və qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd yenidoğulmuş uşaqlara tibbi xidmətin göstərilməsi, diaqnostika, müalicə prosesi ilə bağlı tibb işçilərinin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

 

E.Azadxanov onu da diqqətə çatdırıb ki, ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət, səmərəliliyinin yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb.

 

Yeni alınmış tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.

 

Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov keçirilən tədbirin əhəmiyyətindən danışıb.

 

TƏBİB-in Tibb müəssisələrində Təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov qeyd edib ki, tədbirdə ana və uşaq sağlamlığı üzrə çalışan 150 nəfərə yaxın tibbi heyət iştirak edir.

 

Rusiyadan dəvət olunan həkimlər öz praktikalarını yerli həkimlərlə bölüşüblər. Tədbir panel iclasları ilə davam edib.

 

Panel iclasında çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli qeyd edib ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilib, beynəlxalq diridoğulma meyarları müvəffəqiyyətlə tətbiq olunub, mamalıq-ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib.

 

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır