Azərbaycan-BƏƏ nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb
11.06.2024 19:06

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda əmirliklərin müxtəlif sahələr üzrə 30-a yaxın nümayəndəsi, o cümlədən ölkəmizin yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da qatıldığı tədbirin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, qlobal cəmiyyət üçün sağlamlıq sistemlərinin inkişafı, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətlərin müəyyən edilməsidir. Həmçinin təhsil və sosial rifah sahəsində əldə olunmuş yeni nailiyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı ən son tendensiyaların müzakirəsi əsas hədəflərdir.

 

Öncə Azərbaycan-BƏƏ əməkdaşlığına həsr edilmiş videoçarx nümayiş etdirilib.

 

Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin Hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Al Rumi açılış nitqi ilə çıxış ediblər.

 

Sonra Azərbaycan və BƏƏ hökumətinin müxtəlif sahələr üzrə dövlət rəsmilərinin çıxışları və təqdimatları baş tutub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.

 

Forumun ikinci günündə qeyd olunan mövzular üzrə müzakirələrin davamı əsasında paralel sessiyaların təşkili nəzərdə tutulur.

 

Xatırladaq ki, 28 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

 

Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət” təcrübəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşılması, dövlət xidmətləri, müvafiq sahə üzrə potensialın artırılması, xidmətdə mükəmməllik, könüllülük təcrübəsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də BƏƏ-nin Kabinet İşləri Nazirliyi tərəfindən idarə olunan “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycan tərəfi ilə paylaşılması nəzərdə tutulur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub