"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Təcrübəli pulmonoloq Əlizamin Sadıqov
17.06.2024 10:04
"Həkimlərimizi tanıyaq!" rubrikamızın qonağı bu dəfə təcrübəli pulmonoloq, professor Əlizamin Sadıqovdur.
 
O, 1983-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1991-1995-ci illərdə Sankt-Peterburq şəhərindəki Tibb Elmləri Akademiyasında pulmonologiya ixtisası üzrə aspitarantura təhsili alıb. 2000-2004-cü illərdə Sankt-Peterburq şəhərində Pavlov adına Tibb Universitetində doktorantura oxuyan Əlizamin Sadıqov dissertasiya işini uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb.
 
Həkim 2015-2017-ci illərdə ABŞ-ın Atlantik Beynəlxalq Universitetində, 2017-2019-cu illərdə Harvard Universitetində pulmonologiya üzrə kurs keçib.
 
Əlizamin Sadıqov İngiltərədə nəşr olunan "Pulmonology and Respiratory Medicine" jurnalında redaksiya heyətinin üzvü, Amerikada nəşr olunan "Lung Health and Disease" redaksiya heyətinin üzvüdür. Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının (2016) və ABŞ-da torakal cəmiyyətin ekspertidir (2020).
 
O, 300-dən çox elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir.
 
Fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. Belə ki, ABŞ-da Ağciyər Emfizema Fondunun "Kloud Lambert" adına mükafatı, Amerikada (2015-ci ildə) Beynəlxalq tədris mükafatını alıb.
 
1983-1986-cı illərdə Naxçıvan Muxtar Respublikasında həkim-terapevt, 1987-1991-ci illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Reanimatologiya və İntensiv terapiya şöbəsində, 1995-2000-ci illərdə Salyan rayon Ağciyər Xəstəlikləri Dispanserində işləyib. 2005-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiridir. Həmçinin 2020-ci ildən Funda Hospitalda pulmonoloq kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır