Albaniyanın Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru AQTİ-də olub  
11.06.2024 11:45

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ilə görüş keçirilib.

 

AQTİ-dən Aztibb.az-a bildrilib ki, görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva Azərbaycan Respublikasında mövcud qida təhlükəsizliyi sistemi, Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarının maddi-texniki bazası, Elmi Araşdırmalar Mərkəzi tərəfindən aparılan elmi-tədqiqat işləri, kadr potensialı, sahibkarlıq subyektlərinə təklif olunan xidmətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur və nailiyyətlər əldə edib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub.

 

Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ki qurum arasında əməkdaşlığa maraqlarını ifadə edib, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

 

Görüşdən sonra İrfan Tarelli tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçirib. Qonağa həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər