Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında hesabat-seçki konfransı keçirilib  
10.06.2024 10:47
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (SİHİ RK) Xaçmaz rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.
 
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, tədbirdə müəssisənin direktoru Səyyaf Tağıyev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov, xəstəxana əməkdaşları və aidiyyatı şəxslər iştirak ediblər.
 
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə açıq səsvermə yolu ilə komitənin yeni tərkibi formalaşıb, Orxan Şeydayev Xaçmaz rayon komitəsinin sədri seçilib.
 
SİHİ RK-nın nümayəndələri yığıncaqda çıxış edərək fikirlərini bölüşüblər.
 
Eyni zamanda, açıq səsvermə yolu ilə Komitə və Təftiş komissiyasının üzvləri seçilib. Orxan Şeydayev Xaçmaz rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının yeni sədri seçilib .
 
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov çıxış edərək görülmüş işlər, həyata keçiriləcək tədbirlər barədə iştirakçılara məlumat verib, üzvlərin suallarını cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır