Uşaqların sağlamlığının keşiyində duran mehriban və diqqətcil pediatr - Nigar Mirzəyeva
12.06.2024 17:42
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə uşaqların sağlamlığının keşiyində duran mehriban və diqqətcil pediatr Nigar Mirzəyevanı təqdim edirik.
 
O, 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 2014-cü ildə başlayaraq 2016-cı ilə qədər müxtəlif tibb müəssisələrində pediatr vəzifəsində çalışıb. 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında pediatr kimi fəaliyyət göstərir.
 
Nigar Mirzəyeva Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda pulmonologiya, allerqologiya, qastroenterologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur. 
 
Pediatr-həkim öz üzərində daim çalışır, xarici ölkələrdə və ölkəmizdə keçirilən müxtəlif forumlarda, konfranslarda iştirak edir, bilik və təcrübəsini artıraraq öz fəaliyyətində tətbiq edir.
 
O, 2017-ci ildə Türkiyənin Antalya şəhərində Milli Pediatriya Cəmiyyətinin “Uşaqlarda qidalanma” kursunda, həmin ildə Türkiyənin Antalya şəhərində keçirilən Milli Pediatriya Cəmiyyətinin 61-ci Pediatriya konqresində, 2019-cu ildə Bakı şəhərində neonatologiya üzrə Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq təlim kursunda, həmin ildə Azərbaycan Tibb Assosiasiyasının Pediatriya Dərnəyinin Pediatriyada yeniliklər” mövzusunsa IX simpoziumunda iştirak edib.
 
2019-cu ildə Yeditepe Universitet Xəstəxanasında pediatriya sahəsi üzrə təkmilləşdirmə kursu keçib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır