Naxçıvan səhiyyəsində uğurlu əməliyyat   
10.06.2024 09:28
Naxçıvan Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim, ortopediya və travmatologiya uzmanı Anar Ələkbərov tərəfindən Naxçıvan şəhər sakini 68 yaşlı Zeynəb Əliyevanın qolunun bazu sümüyün orta nahiyəsindəki sınığının bərpa edilməsi əməliyatı aparılıb.
 
Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.
 
Qeyd olunub ki, bazu sümüyünə intramedulyar mil yerləşdirməklə sınıq parçaların sabitlənməsi əməliyatı aparılıb ki, bu Naxçıvan səhiyyəsində bir ilkdir. Adətən bu əməliyyatlar metal lövhə və vintlərlə həyata keçirilir.
 
Ortopediya və travmatologiya uzmanı Anar Ələkbərov muxtar respublikada ilk dəfə olaraq sümük içinə xüsusi mil yerləşdirməklə sümüyü xaricindən yox daxilindən sabitləyərək sınıq parçaları öz yerinə yerləşdirib.
 
Bu üsul xəstənin əməliyyatdan dərhal sonra sınıq qolunu tam istifadə etməsinə imkan verib. Bu əməliyat qaydası dünyada hazırda ən müasir qəbul edilən cərrahiyə üsuludur.
 
Xəstə bir günlük stasionar yatışdan sonra evə buraxılıb. Vəziyyəti qənaətbəxşdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır