ATU-nun Stomatologiya fakültəsində OSKİ imtahanları davam edir
08.06.2024 15:56

 

ATU-da yaz semestri üzrə Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlara (OSKİ) start verilib. Stomatologiya fakültəsinin rəhbərliyi 2023/2024-cü tədris ili üzrə imtahların gedişini izləyiblər.

 

Aztibb.az-a Universitetdən verilən xəbərə görə, ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın sözlərinə görə digər fakültələrdə olduğu kimi, stomatologiya üzrə də dövlət imtahanları OSKİ metodu ilə aparılır.

 

Sessiya zamanı 236 tələbə OSKİ bacarıq imtahanlarında özünü sınayacaq. İmtahanın yüksək səviyyədə keçirilməsini təşkil etmək məqsədilə əvvəlcədən komissiyalar yaradılıb.

 

OSKİ imtahanlarında hər bir tələbənin bir bacarıq üzrə imtahanına 4 dəqiqə vaxt ayrılıb. Tələbə ümumilikdə 10 bacarığa rotasiya üsulu ilə 40 dəqiqə sərf edir. Bu müddətdə həmin tələbənin imtahanı başa çatdırılır. OSKİ imtahanları tələbənin təhsil müddətində topladığı bilik və bacarıqların praktikada tətbiqini göstərməyə, nümayiş etdirməyə imkan verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır