Aşağı kalorili süni dadlandırıcı "ksilitol" infarkt və insult yarada bilər
08.06.2024 14:49

Alimlər "ksilitol" adlanan aşağı kalorili süni dadlandırıcının infarkt və insult yarada biləcəyini aşkar ediblər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

“European Heart Journal”da dərc olunan araşdırmaya görə, tədqiqatçılar 2004-2011-ci illər arasında ürək xəstəliyindən müalicə olunan xəstələrin 1157 qan nümunəsini və ürək xəstəliyi riski yüksək olan 2100 nəfərin qan nümunələrini araşdırıblar.

 

Tədqiqatçılar saqqız və diş pastası kimi bir çox məhsulda istifadə edilən süni dadlandırıcı "ksilitol"un qanın daha asan laxtalanmasına səbəb ola biləcəyini təyin ediblər, laxtalanmanın ürəyə çatdıqda infarkt yarada biləcəyini aşkarlayıblar.

 

Araşdırma qrupundan Dr. Stanley Hazen CNN-ə verdiyi açıqlamada, piylənmə və diabet kimi xəstəlikləri olan insanların istifadə etdiyi "ksilitol"un ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır