AQTİ-də “Açıq qapı” günü keçirilib  
07.06.2024 16:22

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Açıq qapı” günü keçirilib.

 

AQTİ-dən Aztibb.az-a verilən xəbərə görə, tədbir bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, qida təhlükəsizliyi ilə bağlı risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün zəruri tədbirlərə diqqət çəkmək, həmçinin bu sahədə ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaq məqsədi daşıyıb.

 

“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşların, həmçinin KİV nümayəndələrinin qatıldığı görüşdə bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 17 laboratoriya və regional bölmə fəaliyyət göstərir. AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva qeyd edib ki, laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinə nəticələrinin düzgünlüyü və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.

 

Daha sonra iştirakçılar İnstitutun laboratoriyalarına baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin iştirakçılar qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyiblər.

 

“Açıq qapı” günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır