Elmi-praktik seminar: “Qalxanabənzər vəzin follikulyar düyünlərinin diaqnostika və müalicəsinə müasir yanaşma”   
07.06.2024 14:14

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qalxanabənzər vəzin follikulyar düyünlərinin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı elmi-praktik seminarı keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, ATU TCK-nın endokrinoloq-cərrahı, I Cərrahi xəstəliklər kafedrasının asistenti, Azər Hümmətov çıxış edərək, klinikada daim Dünya Tiroid gününə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd edib: “Bugünkü tədbirimizdə sahəmiz üzrə son tədqiqatlar və nəticələr müzakirə ediləcək. Tədbirin keçirilməsində bizə dəstək olan Azərbaycan Tibb Universitetinə, Tədris Cərrahiyyə Kilinikasının rəhbərləyinə öz təşəkkürümüzü bildiririk. Qeyd edim ki, I Cərrahi xəstəliklər kafedrasında 2015 ildən endokrin-cərrahi şöbə fəaliyyət göstərir, şöbə öz işləri ilə seçilir”.

 

ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri AMEA müxbir üzvü, professor Nuru Bayramov çıxışında tibb elmi son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib kik, tibb sahəsindəki bu inkişaf, yeni tehnologiyaların, biomarkerlərin, süni zəkanın sayəsində baş verir.  Bu yeniliklərdən geri qalmamaq üçün innovasiyalara uyğunlaşmaq lazımdır. O, I Cərrahi xəstəliklər kafedrasının endokrin, bariatrik, transplant və digər bölmələr üzrə ixtisaslaşdığını və bu sahələrin hər birində yeniliklərə imza atıldığını diqqətə çatdırıb.

 

Professor N.Bayramov qeyd edib ki, dünyada bir çox tibb günləri, bir çox xəstəliklərin məlumatlandırılması məqsədli günlər qeyd olunur. Bu günlər sağlamlığa diqqəti artırmaq üçün təsis olunub:“ Bu günki tədbir tiroid düyünləri ilə bağlı problemlərə və bu sahədə olan yeniliklərə həsr ediləcək. Çox aktual mövzudu və onun ətrafında keçirilən fikir mübadiləsi tədbirin iştirakçıları üçün faydalı olacaq”.

 

Seminarda ATU-nun III Cərrahi xəstəliklər kafedrasının cərrah-endokrinoloqu  t.ü.f.d. Esmira Məmmədova “Tiroid Follikulyar neoplaziyaları, diaqnostikası və müalicəsi”, Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı t.ü.f.d. Lalə Ağabəyli “Tiroid follikulyar neoplaziyalarının ultrasəs elastoqrafik xüsusiyyətləri”, Pataloji anatomiya kafedrasının dosenti Fikrət Əliyev “Qalxanabənzər vəzin düyünlü patologiyalarında morfoloji diaqnostikanın əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır