İngiltərədə qidada E.coli epidemiyası: 113 yoluxma hadisəsi qeydə alınıb
07.06.2024 11:20

İngiltərənin İctimai Səhiyyə Agentliyi (UKHSA) ölkə daxilində 113 nəfərdə aşkarlanan E.coli (Escherichia coli) epidemiyasının baş verdiyini açıqlayıb. Səlahiyyətlilər, virusun ölkə daxilindən gələn yeməklərdən sonra yoluxduğunu ifadə edərək, simptomların şiddətli və bəzən qanlı ishal, mədə krampları, qusma və qızdırma olduğunu vurğulayıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, UKHSA-nın açıqlamasında deyilir: "Mövcud araşdırmada nümunələrin bütün genom ardıcıllığı göstərir ki, əksər hallar epidemiyanın bir hissəsidir. Hadisələrin geniş coğrafi yayılmasına əsaslanaraq, çox güman ki, bu epidemiya milli miqyasda paylanmış qida məhsulu və ya çoxlu ərzaq məhsulları ilə bağlıdır".

 

Qeyd olunub ki, epidemiyanın mənbəyi hələ təsdiqlənməyib, hazırda epidemiyanın açıq təsərrüfatlar, içməli su və ya çirklənmiş dəniz sularında, göllərdə və ya çaylarda üzgüçülüklə əlaqəli olduğuna dair heç bir sübut yoxdur.

 

Bu epidemiya çərçivəsində 113 yoluxma faktının qeydə alındığını bildirən səhiyyə rəsmiləri, E.coli-yə yoluxanların 2 ilə 79 yaş arasında olduğunu və əksəriyyətinin gənclər olduğunu bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır