Qəzzada yerləşən Əqsa Şəhidləri Xəstəxanasında generatorlardan biri nasaz vəziyyətdədir
07.06.2024 09:35

Qəzza zolağında fəaliyyət göstərən yeganə xəstəxana olan Əl-Əqsa Şəhidləri Xəstəxanasının rəhbərliyi generatorlardan birinin nasaz olduğunu və bunun onlarla xəstənin və vaxtından əvvəl doğulan körpənin ölümünə səbəb ola biləcək “fəlakət”ə gətirib çıxaracağını açıqlayıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Xəstəxana rəhbərliyinin verdiyi yazılı açıqlamada generatorlardan birinin texniki nasazlıq səbəbindən işləmədiyi qeyd edilib.

 

Həmçinin bu vəziyyətin reanimasiya otaqlarında və elektriklə işləyən respiratorlarda onlarla yaralı, xəstə və vaxtından əvvəl doğulmuş körpənin ölümü ilə nəticələnə biləcək humanitar fəlakətin xəbərçisi olduğu bildirilib.

 

Açıqlamada hazırda xəstəxanada 700-dən çox yaralı və xəstənin müalicəsinin davam etdiyi, Qəzzanın mərkəzi qubernatorluğunda bir milyondan çox insana və köçkünə xidmət göstərildiyi, İsrailin Qəzzaya elektrik enerjisi vermədiyi və xəstəxananın 244 gündür fasiləsiz olaraq yalnız iki generatorla işlədiyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır