Startap mövzusunda mühazirə oxunulub  
07.06.2024 09:22

Azərbaycan Tibb Universitetində Elmi departamentin Simpozium, konfrans və startap şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Startapların təqdimatı. Startap konseptinə giriş” mövzusunda mühazirə oxunub.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin araşdırma və inkişaf üzrə mütəxəssisi Nilufər Seyidova tərəfindən təqdim olunan mühazirəni Stomatologiya fakültəsinin tələbələri və universitetin müəllimləri dinləyib.

 

Tədbiri giriş sözü ilə açan Startap və konfrans şöbəsinin koordinatoru, Terapevtik stomatologiya kafedrasının dosenti Ayət Cəfərova qonaq haqda məlumat verib.

 

Sonra Terapevtik stomatologiya kafedrasının assistenti, t.u.f.d. Könül Qaragözovanın moderatorluğu ilə tədbir davam edib. Tələbələr arasında böyük maraq doğuran məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Layihə çərçivəsində növbəti görüş iyunun 10-da keçiriləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır