"Yoluxucu xəstəliklərin immunoprofilaktikasında əks göstərişlər, mif və reallıq" mövzusunda tədbir keçirilib
06.06.2024 15:07
Bakı Baş Səhiyyə Mərkəzində "Yoluxucu xəstəliklərin immunoprofilaktikasında əks göstərişlər, mif və reallıq" mövzusunda tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
 
Tədbirdə Mərkəzin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, İlkin tibbi sanitariya yardımının təşkili şöbəsinin böyük mütəxəssisi Rahilə Əsgərova, tabeli tibb müəssisələrinin peyvəndləmə işinə məsul şəxsləri və həkim-immunoloqları iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Esmira Hacıyeva peyvəndləmənin yoluxucu xəstəliklərin qarşısının alınmasındakı rolu, immunoprofilaktikaya daha çox əhalinin cəlb olunması üçün maarifləndirmə işinin genişləndirilməsinin vacibliyindən bəhs edib.
 
Daha sonra İlkin tibbi sanitariya yardımının təşkili şöbəsinin böyük mütəxəssisi Rahilə Əsgərova peyvənd otağının təşkili, sənədləşmənin düzgün aparılması mövzusunda çıxış edib.
 
Tədbirin ikinci hissəsində çıxış edən Azərbaycan Tibb Universitetinin İmmunologiya kafedrasının laborantı, 19 nömrəli Uşaq Poliklinikasının həkim – immunoloqu Meyxanım Nəzirzadə immunizasiya işində əks göstərişlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Tədbir sual-cavab sessiyası şəklində davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır