Tovuz rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi aksiya
06.06.2024 13:48
ADY Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş növbəti tibbi aksiya keçirilib.
 
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, aksiya Dəmiryol Səyyar Klinika tərəfindən Tovuz şəhərində təşkil olunub.
 
Tibbi aksiya zamanı Tovuz rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərilib.
 
Aksiya çərçivəsində 81 nəfər müayinə olunub.
 
Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasiyentlərin sağlamlıqları ilə bağlı problemlərinin aşkarlanması və həll olunmasına köməklik göstərməkdir.
 
Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə edilib.
 
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Gəncə filialının həkim-oftalmoloqu Elçin Əsgərov və tibb bacısı Nuranə Məmmədova tərəfindən həyata keçirilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır