Eşitmə qüsurlu 5 uşaq gen terapiyası ilə eşitməyə başladı
06.06.2024 13:17

Çində aparılan gen terapiyası sayəsində eşitmə qüsuru ilə doğulan 5 uşaq eşitməyə başlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Çinin Fudan Universitetinin həkimləri 1-11 yaş arası eşitmə qüsurlu 5 uşağa gen terapiyası tətbiq ediblər.

 

Araşdırmada eşitmə itkisi ilə əlaqəli olan “Otof geni”ndə olan mutasiyaların funksional surətləri daxili qulağa yerləşdirilib. Müalicənin qulaqdakı hüceyrələr tərəfindən bu funksional nüsxələrdən şablon kimi istifadə edilərək həyata keçirildiyi qeyd edilib.

 

Tədqiqatda qulaqdakı hüceyrələrin eşitmə hissi ilə əlaqəli otoferlin zülalının surətlərini çıxarmaq üçün yeni genetik materialdan istifadə edilib. Müalicə alan 5 uşağın hamısının eşitmə qabiliyyətini bərpa etməyə başladığı bildirilib.

 

Müalicə olunan uşaqlardan birinin onun adına cavab verdiyi, digərinin isə bəzi cümlələri anlaya bildiyi qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır