Transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan həkim - Kamran Beydullayev
09.06.2024 09:55
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan ümumi cərrah və cərrah-transplantoloq Kamran Beydullayevi təqdim edirik.
 
Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili alıb. 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib.
 
O, 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah işləyib, 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. 
 
Transplantoloq Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.
 
ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu 2 məqaləsi dərc olunub.
 
Qeyd edək ki, MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə Kamran həkim laparoskopik yolla icra edib. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır