Azərbaycanlı alim Məsud Aşina Danimarka Kral Elmlər Akademiyasının üzvü seçilib  
05.06.2024 12:04

Danimarka Kral Elmlər Akademiyasına 17 yeni üzv seçilib. Onların arasında azərbaycanlı alim Məsud Aşina da var.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru elmi dərəcəsi alan Məsud Aşina, həmçinin hazırda Kopenhagen Universitetinin Səhiyyə və tibb elmləri fakültəsinin nevrologiya üzrə professorudur. O, sonradan Kopenhagen Universitetinin nevrologiya üzrə ordinaturasını bitirərək həmin ali təhsil ocağının fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini alıb.

 

Azərbaycanlı alim Kopenhagen Universiteti Xəstəxanasındakı Danimarka Başağrısı Mərkəzində Miqren araşdırmaları bölməsinin rəhbəridir.

 

Professor Aşina 1995-ci ildən başağrısı tədqiqatlarında fəal iştirak edir, miqren əleyhinə yeni dərmanlar hazırlayır. Onun tədqiqat maraqlarına miqrenin eksperimental modelləri və klaster başağrısı, neyroimaging və s. daxildir. Alim, həmçinin miqren haqqında 400-dən çox məqalə və tezislərin müəllifidir.

 

1742-ci ildə qurulan Danimarka Kral Elmlər Akademiyasının təxminən 250 danimarkalı və 260 əcnəbi üzvü var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır