Sahə həkimlərinin fəaliyyətinə nəzarət gücləndirilib  
05.06.2024 11:43
TƏBİB tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində tədbirləri gücləndirib.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, bu məqsədlə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində (şəhər və uşaq poliklinikalarında) sahə həkimlərinin və sahə tibb bacılarının tibb müəssisələrində və eləcə də xidmət göstərdikləri sahələrdəki iş saatları dəqiq tənzimlənib. Onlar iş gününün 4 saatını poliklinikada, 2 saatını isə sahədə vətəndaşlara tibbi xidmət göstərərək onların zəruri tibbi müayinələrini həyata keçirirlər.
 
TƏBİB tərəfindən verilən, həmçinin sahə həkimlərinə gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ahıl şəxsləri (ən azı 2 xəstə) ziyarət etmələri, ertəsi gün isə həmin tibbi çağırış və aktiv gedişlərin müvafiq qeydiyyat jurnalında (TQS31 jurnalı) qeyd olunması tapşırığı verilib.
 
Bununla yanaşı, sahə həkimlərinin fəaliyyətini dəyərləndirmək üçün vətəndaşlardan xidmətin keyfiyyətinin sorğusu aparılır. Bütün bunlar TƏBİB-in prioritet tutduğu sahələrdən olan ilkin səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılması, eləcə də ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir.
 
Onu da qeyd edək ki, TƏBİB əhalinin ilkin səhiyyə xidmətinə əlçatanlığının daha da asanlaşdırılması və ümumilikdə ilkin səhiyyə xidmətinin optimallaşdırılması, keyfiyyətinin artırılması istiqamətində fəaliyyəti gücləndirib. Bununla əlaqədar olaraq, tibb müəssisələrində fəaliyyət göstərən sahə həkimlərinin işinin keyfiyyətini yüksəltmək məqsədilə onların işinə nəzarət artırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır