Ürək döyüntülərinə nə səbəb olur?
05.06.2024 12:38
Adətən yüksək səviyyədə idman, kofein, yüksək hərarət, stres, panik atak və ya bəzi dərmanların yan təsirləri nəticəsində döyüntünün artması ilə müşahidə olunur.
 
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, döyüntünün səbəbləri arasına stres, qorxu, panik ataklar, ağır məşqlər, hamiləlik, həddindən çox kofein istifadəsi, qalxanabənzər vəzi xəstəlikləri, kalium və ya oksigen səviyyələri, hipertoniya, anemiya, genetik faktorlar daxil edilə bilər.
 
Həkim qeyd edib ki, müxtəlif ürək xəstəlikləri, bəzi dərmanların əlavə təsirləri, siqaret və narkotik istifadəsi də ürək döyüntülərinə səbəb olan faktorlardır.
 
"Yuxarıda sadalanan halların taxikardiyaya səbəb ola biləcəyi məlum olsa da, bu halın əlamətlərini yaxşılaşdırmaq və mənfi təsirlərini azaltmaq üçün səbəblərin müəyyən edilməsi və təbii üsulların tətbiqi ilə yanaşı, dərman müalicəsi də bu prosesdə təsirlidir", - deyə Ramil Əliyev əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır