İradə Xəlilova Şəki şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri seçilib
05.06.2024 10:35
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Şəki şəhər Həmkarlar İttifaqı Şurasının hesabat-seçki konfransı keçirilib.
 
İttifaqdan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra konfransın gündəliyi səsə qoyularaq təsdiq olunub.
 
Tədbirdə Şəki şəhər Həmkarlar İttifaqı Şurasının ötən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib, hesabat qənaətbəxş qiymətləndirilib.
 
Konfransda, həmçinin səsvermə keçirilərək Şura və Təftiş komissiyaların yeni tərkibləri formalaşıb. Xəlilova İradə Xeybər qızı yenidən Şəki şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilib.
 
Qeyd edək ki, konfransda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Elnarə Muradova da iştirak edib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər