BDU-nun Mikrobiologiya kafedrasının əməkdaşları Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda olublar
05.06.2024 10:01

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri doktoru professor Xudaverdi Qənbərov və biologiya elmləri doktoru professor Mirmusa Cəfərov Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununda olublar.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, müəssisənin direktoru professor Adil Allahverdiyev və elmi katib professor Ağasəmid İsayev qonaqlara institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və klinik laboratoriyalar, eləcə də klinik şöbə haqqında ətraflı məlumat veriblər. 

 

Qonaqlar laborator avadanlıq və cihazlara baxış keçirib, laboratoriyanın personalı ilə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

 

Görüşdə BDU və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun birgə elmi əməkdaşlığının mümkün perspektivləri müzakirə edilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır