ATU-nun əməkdaşları Litva Sağlamlıq Elmləri Universitetində mühazirə oxuyublar  
05.06.2024 11:21

Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti və tələbələri mobillik proqramlarında iştirak edirlər. Növbəti belə proqram Kaunas şəhərində Litva Sağlamlıq Elmləri Universitetində baş tutub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası və Normal fiziologiya kafedrasının müəllimləri Erasmus+ “Akademik Mübadilə Həftəsi - Tədris” proqramı çərçivəsində bu universitetdə məruzələrlə çıxış ediblər. ATU- nun Normal fiziologiya kafedrasının assistenti Aygün Cəfərova Litva Sağlamlıq və Elm Universitetinin Fiziologiya kafedrasının tələbələrinə “Böyrəklərin homeostazda rolu” mövzusunda mühazirə söyləyib. İnteraktiv şəkildə baş tutan mühazirədə tələbələrə ifrazat sisteminin orqanizmin homeostazının qorunub saxlanmasındakı rolundan bəhs edilib. Tələbələrə qanın osmotik təzyiqi, su-duz balansın, arterial təzyiq və turşu-qələvi balansının böyrəklər tərəfindən tənzimlənməsi mexanizmləri izah edilib.

 

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının baş müəllimi, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva isə Litva Sağlamlıq Elmləri Universitetinin (LSEU) İctimai Səhiyyə fakültəsinin professor-müəllim heyəti qarşısında mühazirə ilə çıxış edib. A.Babayeva ekoloji dəyişikliklər, o cümlədən iqlim dəyişikliyinin insan sağlamlığına təsirindən danışıb. Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) haqqında məlumat verən şöbə müdiri bu mötəbər tədbirin ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb. A.Babayeva Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xüsusilə vurğulayıb.

 

ATU-nun şöbə müdiri A.Babayeva proqram çərçivəsində akademik fəaliyyətlə yanaşı, LSEU-nun rəhbər şəxsləri ilə görüşlər keçirib. Universitetin kansleri, prof. dr. Mindauqas Malakauskas, İctimai Səhiyyə fakültəsinin dekanı prof. dr. İda Liseckiene, Beynəlxalq Əlaqələr və Tədqiqat Mərkəzinin dekan müavini Alvidas Sarlauskas ilə görüşlərdə ictimai səhiyyə sahəsində dair müxtəlif məsələlər, o cümlədən sosial sağlamlıq amilləri, mikrobioloji tədqiqatlar, ərzaq təhlükəsizliyi və digər mövzularla bağlı müzakirələr aparılıb. A.Babayeva Litva Sağlamlıq Elmləri Universitetinin infrastrukturu, tələbələrin təhsili üçün yaradılmış şərait, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti ilə də tanış olub. Ümumilikdə səfər zamanı iki universitetin tətbiq etdiyi tədris proqramları, həmçinin tələbə və müəllimlərin akademik və tədqiqat mobilliyi müzakirə edilib.

 

Proqramın sonunda ATU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır