ATU əməkdaşı uşaqların inkişafına həsr olunmuş tədbirdə iştirak edib  
04.06.2024 10:34

ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 28-31 may tarixlərində təşkil etdiyi “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda təlimlərdə və konfransda iştirak edib.


Aztibb.az-a ATU-dan bildirilib ki, təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılması olub.


Türkiyədən dəvət olunmuş ekspertlər Turgay Arık, Nazan Özen, Mehmet Ala və Özge Karanlık tərəfindən 3 gün ərzində “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlər keçirilib. Pediatr, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdiyi təlimlərə 31 may tarixində “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfransla yekun vurulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır