Goranboy RMX-da Tibbi Şuranın növbəti iclası keçirilib
04.06.2024 09:54
Goranboy Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın növbəti iclası keçirilib.
Tədbirdə Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Teymurov, İlkin Səhiyyə Xidmətlərinin (İSX) şöbə müdiri Təranə Qəhrəmanova, həkim-ginekoloq İradə Həsənova, Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Xanım Adıgözəlova, həkim-pediatr Natavan Nuruyeva, Tibbi Şuranın üzvləri, eləcə də Goranboy Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzləri, həkim və tibb məntəqələrinin məntəqə müdirləri və tibb işçiləri iştirak ediblər.
Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.
Tədbiri giriş sözü ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Teymurov açaraq Tibbi şuranın gündəliyinə daxil edilmiş mövzular haqqında məlumat verib.
İclasın gündəliyinə əsasən tədbirdə Goranboy Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən kənd tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması və mövcud çatışmazlıqların aradan qaldırılmasından bəhs edilib.
Daha sonra İlkin Səhiyyə Xidmətlərinin (İSX) şöbə müdiri Təranə Qəhrəmanova dispanserizasiyanın aparılması, vaksinasiyadan kənar qalmış uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti barədə məlumat verib.
Xəstəxananın həkim-pediatrı Natavan Nuruyeva “Xəstəliklərin erkən aşkarlanmasında dispanzerizasiyanın rolu”, “Övladınızı peyvənddən yox, peyvənd ilə qarşısı alına bilən xəstəliklərdən qoruyun” mövzularında məruzə ilə çıxış edib.
Xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Xanım Adıgözəlova yay aylarında insanlar arasında daha çox yayılan “Brusellyoz” (el arasında mal qızdırması) xəstəliyi və ondan qorunmaq üçün profilaktik tədbirlərdən danışıb.
Həkim-ginekoloq İradə Həsənova risk qrupuna aid olan hamilə qadınların diqqət etməli olduğu məqamlar və onların qadın məsləhətxanasına gəlişlərinin əhəmiyyəti barədə məlumat verib.
Sonda Arzu Teymurov Şuraya yekun vuraraq struktur bölmələrə tapşırıqlarını verib.
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

