Yeni Klinikada icbari tibbi sığorta ilə endoprotez əməliyyatları icra olunur
03.06.2024 11:08
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində endoprotez (bud-çanaq və diz oynağının total artroplastikası) əməliyyatları icra olunur.
 
Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, böyük oynaqların endoprtozeləşdirilməsi (artroplastikası) dünyada ən çox həyata keçirilən və effektiv əməliyyatlardandır.
 
Əməliyyatda zədələnmiş və yeyilmiş oynağın hissələri süni implantlarla əvəz olunmaqla xəstələrin ağrıları azalır, oynağın funksiyası bərpa olunur və həyat keyfiyyəti yüksəlir.
 
Azərbaycan Respublikasının hər bir vətəndaşı Yeni Klinikaya müraciət etməklə  xaricdə təhsil almış peşəkar həkim komandası tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz icra olunan bud-çanaq ve diz oynağının total artroplastikası zamanı istifadə olunan Avropa istehsalı olan yüksək keyfiyyətli protezlərdən yararlana bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır