Elvira Məmmədova - xəstələrin göz nurunun qayğısına qalan təcrübəli oftalmoloq 
03.06.2024 10:03
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında xəstələrin göz nurunun qayğısına qalan təcrübəli həkim-oftalmoloq Məmmədova Elvira Bəxtiyar qızı haqqında məlumatları təqdim edir.
 
Qəbələ Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin həkim-oftalmoloqu Elvira Məmmədova 1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun 1-ci Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
O, 1989-1993-cü illərdə Qəbələ Rayon Mərkəzi Xəstaxanasının Poliklinika şöbəsində həkim-endokrinoloq vəzifəsində çalışıb.
 
01.01.1993-01.05.1993-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas dəyişmə kursunda olub və kurs sonunda ixtisası dəyişərək həkim-oftalmoloq ixtisasına yiyələnib.
 
Elvira Məmmədova 1993-cü ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-oftalmoloq işləyir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır